“İradə getdi, Günay gəldi” - VİDEO
Bizi izləyin

Magazin1

“İradə getdi, Günay gəldi” - VİDEO

Ailə qurduqdan sonra Türkiyədə yaşayan müğənni İradə İbrahimova Günay İbrahimlinin özünü ona bənzətməyindən narahat olub. Publika.az xəbər verir ki, müğənni bu barədə ATV telekanalına müsahibəsində bildirib. İradə İbrahimova Günayı tanımamasına da münasibət bildirib:

“Günayı tanımıram demişdim. Doğurdan da tanımırdım. Bakıya gələndən sonra onunla eyni verilişdə olduq. Günay sosial şəbəkədə bir şəkil paylaşmışdı və “burada sənə oxşayıram” sözlərini yazmışdı. Onun bu sözlərinə əsəbiləşmişdim. Tanışlığımız yoxdur, niyə mənə “sən” deyə müraciət edir? Adi etik qaydadır ki, tanışlığı olmayan və yaşca böyük insanlara “siz” deyə müraciət etməlisən. Mən isə ona “siz məndən də gözəlsiniz” sözlərini yazmışdım”.

Türkiyədə yaşadığından Azərbaycanda fəaliyyətini uzun zaman dayandıran İbrahimova Günay İbrahimlinin ulduzunun parlaması ilə “İradə getdi, Günay gəldi” kimi yaranan deyimə də münasibət bildirdi.

“Bu kəlmənin özü yaxşı bir şey deyil. Bir müğənninin adının yanında başqa ifaçının adının çəkilməsi yaxşı deyil. Onun məşhurluğuna məşhurluq qata bilər. Amma yenə də insanlar İradəni axtarmağa başlayacaq. Mənim yenidən sənətə gəlməyim onu göstərdi ki, heç kəs digərinin yerini tutmur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm