“Cəhənnəmdən məktublar” gəlir
Bizi izləyin

Magazin1

“Cəhənnəmdən məktublar” gəlir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir Beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start verir.

Publika.az xəbər verir ki, teatr rəhbərləri arasında imzalanmış müqaviləyə əsasən, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev bu günlərdə Bakıya səfər edəcək. O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş verəcək.

Əsər əsasında hazırlanacaq tamaşa musiqili pritça kimi nəzərdə tutulub. Tamaşada əsas rolları Əməkdar Artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.

Qeyd edək ki, Ə.Haqverdiyevin sözügedən povesti ilk dəfə səhnələşdiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm