Səməd Səmədov "Azəri balasıyam"ı yenidən repertuarına daxil etdi
Bizi izləyin

Magazin1

Səməd Səmədov "Azəri balasıyam"ı yenidən repertuarına daxil etdi

Xalq artisti Səməd Səmədov illər öncə ifa etdiyi “Azəri balasıyam” adlı bəstəni yeni aranjemanda ifa edib. Publika.az-a açıqlama verən xalq artisti bildirib ki, bəstənin yeni aranjemanında bir çox dəyişikliklər edilib:

“Mərhum bəstəkar Elxan Rəhimova məxsus olan mahnını 15 il öncə ifa etmişdim. Elə o vaxtdan hansı toya gedirdimsə bu mahnını istəyirdilər. Amma mahnının aranjemanı və bir neçə sözü ürəyimcə olmadığına görə, çox oxumurdum. Dinləyicilərin istəyini nəzərə alıb, bu mahnını yenidən aranjeman etdirdim. Artıq “Azəri balasıyam” mahnısını rahatlıqla həm efirdə, həm də toylarda ifa edə biləcəyəm. Düşünürəm ki, yeni aranjemanı da pis alınmayıb”.


Daha sonra S.Səmədovun prodüseri Rövşən Cəfərov bildirdi ki, xalq artisti bu yaxınlarda vəd etdiyi sürpriz layihəsini təqdim edəcək: “Vəd etdiyimiz sürpriz layihənin son tamamlanma işləri gedir. Sürprizin nədən ibarət olduğunu bu yaxınlarda biləcəksiniz”.



S.Səmədovun “Azəri balasıyam” mahnısını yeni aranjemanda təqdim edirik.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm