Türkiyənin məşhur sənətçiləri Bakıda konsert verdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Türkiyənin məşhur sənətçiləri Bakıda konsert verdi - FOTOLAR

Türkiyənin məşhur sənətçiləri Burhan Öçal və Hüsnü Şənləndirici Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib.

Publika.az-ın məlumatına görə, sənətçilərin çıxışı Azərbaycanda Türkiyənin Yunus Əmrə İnstitutunun “Səhnədəki Türkiyə” layihəsi çərçivəsində baş tutub. Layihəni dünyanın 40-dan çox ölkəsində reallaşdırmağı planlaşdırırıq.

Konsertdən öncə layihənin açılış mərasimi olub. Mərasim çərçivəsində “Xoş bir səda” adlı fotosərgi nümayiş olunub.

Çıxışdan öncə Bakıya ilk dəfə səfər etdiyini deyən Burhan Öçal təəssüratlarını bölüşüb: “İlk dəfədir Bakıya gəlirəm, çox həyəcanlıyam. Bu gün Bakını gəzdim, Qız Qalasını çox bəyəndim”.

Klarnet ustası Hüsnü Şənləndirici də sevincini belə ifadə edib və Azərbaycan xalqına və musiqisinə böyük dəyər verdiyini dilə gətirib.

Konsert zamanı türk musiqiçilərinin səsləndirdiyi Cahangir Cahangirovun “Ay qız” mahnısı çoşqu ilə qarşılanıb.

Publika.az tədbirdən fotoları təqdim edir:

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm