Rusiyalı məşhur yubileyini Bakıda keçirdi - FOTO
Bizi izləyin

Magazin1

Rusiyalı məşhur yubileyini Bakıda keçirdi - FOTO

Aprelin 21-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında daha bir maraqlı layihə reallaşıb.

Publika.az-ın məlumatına görə, Rusiyanın xalq artisti, məşhur həmyerlimiz Emmanuil Vitorqan və Belarusun Xalq artisti Anjelika Aqurbaşın iştirakı ilə "Kral Tref - məhəbbət kartı" adlı yubiley tamaşası təqdim olunub.

Musiqili kino-tamaşa janrındakı qeyri-adi layihə teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Üç janrın- kino, teatr və estrada sənətinin sintezi olan tamaşanın quruluşçu rejissoru Aleksandr Gerasimovdur. Rejissorun “Kral Tref” pyesi əsasında hazırlanan tamaşanın musiqisi dirijor və bəstəkar Yuri Poteenkoya məxsusdur.

Bakılı teatrsevərlərin sürəkli alqışları ilə müşayiət olunan tamaşanın əsas qəhrəmanı olan həmyerlimiz Emmanuil Vitorqan Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə də təltif olunub.

Qeyd edək ki, Emmanuil Vitorqan 1939-cu ilin 27 dekabrında Bakıda anadan olub. Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Leninqrad Dövlət Dram və Komediya Teatrında çalışıb. Moskvanın başqa dram və akademik teatrlarında da fəaliyyət göstərən aktyorun həyatında kino da xüsusi yer tutur. Onun sənət tərcümeyi-halına 100-dən artıq bədii filmdə yaratdığı maraqlı obrazlar da daxildir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm