Magazin1
Braziliyada Azərbaycan Mədəniyyət həftəsi - FOTOLAR
Aprelin 23-də Braziliya Federativ Respublikasının Rio-de-Janeyro şəhərində Azərbaycan Mədəniyyət Həftəsinin rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Publika.az-a verdiyi məlumata görə, Rio-de- Janeyronun “Cidade das Artes” incəsənət mərkəzində Azərbaycan milli mətbəx nümunələrindən ibarət “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgisinin açılışı olub.
Sərgi mərkəzin qalereyasında təşkil olunub. Elə həmin mərkəzdə yerləşən “Teatro de Camera” zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə Muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub.
Daha sonra Dövlət Rəqs Ansamblının üzvlərinin iştirakı ilə Ü.Hacıbəylinin musiqisi əsasında qurulmuş “Cəngi” rəqsi ifa olunub.
Daha sonra muğam ifaçısı xalq artisti Mənsum İbrahimovun və Arzu Əliyevanın ifasında “Şuşanın dağları”, “İrəvanda xal qalmadı” mahnıları, “Dilkeş”, “Bayatı-Şiraz”, “Qatar” təsnifləri və s. ifa olunub.
Ansamblın ifasında “Qarabağ”, “Naz eləmə”, “İgidlər” rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Cəvahir
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ