Nigar Miri Yusifə: “Evə gələndə çörək al”
Bizi izləyin

Magazin1

Nigar Miri Yusifə: “Evə gələndə çörək al”

Şou-biznes nümayəndələri bir-biri ilə çox nadir hallarda dostluq edir. Buna səbəb isə özləri-özlərini ikiüzlü adlandırıb, bir-biriləri üçün çörək itirən deməsidir. Məhz bu deyilənləri nəzərə alan yerli ulduzlar ancaq verilişlərdə, qastrol səfərlərində, şənlik və mərasimlərdə görüşüb, mehriban münasibətdə olurlar. İndiyədək aldığım müsahiblərin də əksəriyyəti “şou əhlindən heç kəsi evimin kandarından içəri buraxmıram” deyir.

Amma deyəsən, istisnalar da var. Məsələn, Azərbaycanı 2011-ci ildə “Eurovision” musiqi yarışmasında təmsil edərək qalibiyyət qazanan, hazırda “Bakı Avropa Oyunları 2015”in ulduz səfiri Nigar Camal və ifaçı Miri Yusif kimi...

İsti münasibətlərini hər kəsə nümayiş etdirmək üçün Nigar Camal sosial şəbəkədə həmkarına xitabən marağa səbəb olacaq status paylaşıb.

“Canım, qal. Evə gələndə çörək al”.

Miri Yusif isə həmkarına heç bir cavab verməyib. Nəzərə alsaq ki, ataların bir misalı var, susmaq razılıq əlamətidir. Yəqin ki, Miri Nigarı ac qoymayıb.

Xatırladaq ki, cütlük “Qal” mahnısını duet ifa edib. Yəqin ki, bu, Nigarla Yusif Miri arasında bir zarafatdır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm