Musiqi festivalımız nüfuzlu “Euronews” telekanalında
Bizi izləyin

Magazin1

Musiqi festivalımız nüfuzlu “Euronews” telekanalında

Bakıda keçirilən VI Qara Qarayev Beynəlxalq müasir musiqi festivalı haqqında ”Euronews” telekanalının “Lemag” proqramında ətraflı süjet yayımlanıb.

Publika.az-ın məlumatına görə, proqramda görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, nüfuzlu Dmitriy Şostakoviçin tələbəsi olması xüsusi vurğulanıb.

Bildirilir ki, bu mötəbər festival hər iki ildən bir keçirilir və müxtəlif beynəlxalq musiqi qrupları təmsil olunur. Həmçinin, “Lemag”-da Qara Qarayevin oğlu Fərəc Qarayev, festivalın iştirakçısı olan azərbaycanlı soprano Fəridə Məmmədova və digərlərinin fikirləri yer alıb.

Sonda qeyd olunub ki, Qara Qarayev festivalı üç ildən sonra keçiriləcək və bəstəkarın 100 illik yubileyinə həsr olunacaq.

Proqramı aşağıdakı link vasitəsilə izləyə bilərsiniz:

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm