Xumar Qədimova: "Belələri özləri üçün deyil, kimlər üçünsə..."
Bizi izləyin

Magazin1

Xumar Qədimova: "Belələri özləri üçün deyil, kimlər üçünsə..."

Müğənni Xumar Qədimova şou aləmində ənənəyə çevrilən qaydaları pozmaqda qərarlıdır. Publika.az xəbər verir ki, müğənni ATV telekanalına verdiyi açıqlamada bu barədə danışıb. O, formal tədbirlərdən qaçdığını, ad gününü hər zaman ona doğma olan insanların əhatəsində qeyd etməyi xoşladığını deyib:

“İnsanın öz doğum gününü şoulaşdırması doğru deyil. Hər ad günümü efirdə qeyd etsəm, bu formal olar. Məncə, belələri özləri üçün deyil, kimlər üçünsə ad günü keçirirlər. Builki ad günündə olanlar növbəti doğum günü tədbirində iştirak eləmirlər. Mən ad günümü 3-5 adamla qeyd edirəm. Hər il də eyni adamlar olur”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm