Azərbaycanlı vokalçı Brüsseldə Kral Opera Teatrında çıxış edəcək
Bizi izləyin

Magazin1

Azərbaycanlı vokalçı Brüsseldə Kral Opera Teatrında çıxış edəcək

Əməkdar artist, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Brüsseldə Kral Opera Teatrında çıxış edəcək.


Publika.az-a verilən məlumata görə, həmvətənlimizin 2016-cı il yanvarın 21-də və 24-də Brüsseldə Kral Opera Teatrında Anton Rubinşteynin “Demon” operasının konsert variantında çıxışı planlaşdırılır.


Dinara Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrlarının səhnələrində və konsert zallarında çıxışlar edib.


Xatırladaq ki, İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.

Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İ.Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb.


Konsertlərdə isə Dinara Əliyeva rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm