Özbəkistanda “Könlüm keçir Qarabağdan” sərgisi açılıb - FOTOLAR
Bizi izləyin

Magazin1

Özbəkistanda “Könlüm keçir Qarabağdan” sərgisi açılıb - FOTOLAR

Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Daşkənddə “Könlüm keçir Qarabağdan” adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Publika.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, alimlər, Azərbaycan diasporasının Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tələbələr və jurnalistlər iştirak edib.

Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri, laureat Rəna Əzizova Qarabağ haqında mahnılar ifa etmişlər.

Daha sonra sərginin rəsmi açılışı olub. Mədəniyyət Mərkəzinin foyesində Qarabağ abidələri, təbiəti, dahi şəxsiyyətlərinə dair fotosərgi maraqla qarşılanıb.

Qeyd edək ki, fotosərgi ilə yanaşı tədbirdə Qarabağ xalçaları, Qarabağa aid Azərbaycan kişi və qadın geyimlərinin maketləri, Şuşa məscidi, Gəncəsar məbədi, Şuşa qalası və Qarabağdakı digər abidələrin maketləri, Azərbaycan kəlağayıları nümayiş etdirilib.

Tədbir çərçivəsində Qarabağa dair Azərbaycan mətbəxinin nümunələri- Qarabağ kətəsi, fəsəli, kükü, şəkərbura, paxlava və s. yemək, şirniyyatlar iştirakçılara təqdim edilib. Tədbirin sonunda iştirakçılara Qarabağa dair nəşrlər - kitab, qəzet və bukletlər iştirakçılara hədiyyə edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm