Azərbaycanlı müğənni: “Səninki səndə, mənimki məndə”
Bizi izləyin

Magazin1

Azərbaycanlı müğənni: “Səninki səndə, mənimki məndə”

Muğam ifaçısı Bəsti Sevdiyeva “Günaydın” verilişində 30 illik ailə təcrübəsindən çıxış edərək xanımlara ailə işləri ilə bağlı məsləhət verib.

“Mən alın yazısına inanıram. Amma çox şey insanın öz əlindədir. Ailəni dağıtmağa nə var ki? Bir dəqiqənin içində ailəni dağıda bilərsən. Amma ailəni qurmaq çətindir. İllərlə ailənin yazına, payızına, qışına dözmək lazımdır. Mənimlə razılaşmayanlar da ola bilər. Mən bu fikirləri 30 illik ailə təcrübəmə əsaslanıb deyirəm. Hamı deyir ki, Allah evi böyüksüz eləməsin. Amma mən deyirəm ki, Allah heç bir evi kişisiz eləməsin. Bunu düşmənimə də arzu etmirəm. Ayrılmaq üçün kiçik bir səhv də kifayət edər. Bir artıq-əskik hərəkət görən kimi kişi deyir ki, səninki səndə, mənimki məndə”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm