Hikmət Hacızadədən Xumar Qədimovaya sərt cavab: "...ağlı çaşıb"
Bizi izləyin

Magazin1

Hikmət Hacızadədən Xumar Qədimovaya sərt cavab: "...ağlı çaşıb"

Bu günlərdə müğənni Xumar Qədimovanın sosial şəbəkələrdə yayılan “...kasıblar olan yerdən uzağam, ayda 400-500 manat qazanan kişi ilə yaşaya bilmərəm” fikri cəmiyyətdə birmənalı qarşılanmadı. Müğənninin sözlərinə görə, onunla birgə yaşayacaq kişi ayda ən azı 7000-8000 dollar, bəlkə də, daha çox qazanmalıdır.

Bəziləri onun bu fikri ilə razılaşdı, bəziləri isə müğənnini “harınlamış kapitalist çocuğu” adlandırdı.

Politoloq Hikmət Hacızadə isə Xumar Qədimovanın bu fikrinə maraqlı rəy bildirib:

“Xumar Qədimovanın ağlı çaşıb. Ayda 7000-8000 dollar qazanan kişi onu neyləyir? Onun vaxtı günü-gündən keçir artıq. Uzağı, bir-iki ilə ayda 250 manat qazanan kişi belə ona yaxın durmayacaq. Ona demək istərdim ki, "gedər bir gün bu gözəllik, sənə də qalmaz", ay Xumar... Bu cür insanların fikri cəmiyyətimizdə ciddi qarşılanmamalıdır”.

Qeyd edək ki, Xumar Qədimova da bir dəfə ailəli olub və bir oğlu var. Müğənninin dediyinə görə, bu evliliyə öz istəyi ilə son qoyub. Bu yaxınlarda isə X.Qədimovanın keçmiş həyat yoldaşı, oğlunun atası dünyasını dəyişib. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm