Magazin1
Səttar Bəhlulzadənin yeni portreti tapıldı - FOTO

Səttar Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssamın ailə üzvü Pərzad Abdinovanın apardığı araşdırmalar nəticəsində Özbəkistanda xalq rəssamı Səttar Bəhlulzadənin daha bir portreti aşkarlanıb.
Rəssamın çoxsaylı portretlərindən birinin müəllifi Özbəkistan və
Tatarıstanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Çingiz
Əhmərovdur.
Səttar Bəhlulzadənin ev-muzeyindən Publika.az-a bildirilib ki, 1979-cu ildə yaradılmış “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsəri hazırda Özbəkistan Bədii Akademiyasında saxlanılır.
Ç.Əhmərovun S.Bəhlulzadə ilə tanışlığı V.İ.Surikov adına Moskva
Dövlət Rəssamlıq İnstitutunda təhsil aldığı illərə təsadüf
edir.
Aşkar edilən rəsm əsəri Çingiz Əhmərovun çəkdiyi Səttar Bəhlulzadənin ikinci portretidir. Belə ki, əvvəllər məlum olan “Səttar Bəhlulzadə” portretində Ç.Əhmərov azərbaycanlı rəssamın profilini təsvir edib, bu zaman rəssamın əlləri və barmaqlarını önə çəkib.
Qeyd edək ki, Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti” adlı rəsm əsərinin kətan üzərində olan eyni ölçülü surəti hazırlanıb.
Cəvahir


-
Sosial10:20
Etibar Əsgərova Milli Məclisdə vəzifə verildi
-
Sağlamlıq07:35
"Yaz allergiyası" deyib keçməyin - İnfarkta səbəb olurmuş
-
Maraq dünyası05:15
Marsda üzəri "muncuq"larla örtülmüş qaya aşkarlandı
-
Magazin204:50
Kimlər hər həftə 20-160 min manat qazanır - SİYAHI
-
Dünya03:35
Səmada qəribə işıqlar müşahidə edildi - Fotolar
-
Hadisə01:55
Bakıda qəbiristanlıqda QEYRİ-ADİ HADİSƏ
-
Qoroskop01:15
Günün qoroskopu: Romantik görüşlər üçün əla vaxtdır
-
Hadisə00:15
Türkiyədə SİLAHLI HÜCUM: Azərbaycan vətəndaşı yaralandı