Alim Qasımovun səsi Birinci Avropa Oyunlarından gələcək
Bizi izləyin

Magazin1

Alim Qasımovun səsi Birinci Avropa Oyunlarından gələcək

“İnşallah, Allah izin versə, “Bakı -2015” Birinci Avropa Oyunlarının açılışında mən də iştirak edəcəyəm. Orada mənim də ifamın səslənəcəyi nəzərdə tutulub”.

Bunu Publika.az-a muğam ifaçısı Alim Qasımov deyib. O, Birinci Avropa Oyunlarının məhz Bakı şəhərində keçirilməsinin dövlətimiz və millətimiz üçün əhəmiyyətindən də danışıb:

“Bu, çoxlu qonaq qarşılayıb, qonaq yola salmaq deməkdir. Belə böyük tədbirlərdə Azərbaycanın əsl siması görünəcək. Bu da düşmənlərinin onun haqqında yaratdığı rəyin darmadağın olması deməkdir. Ona görə də bir xalq olaraq biz bu məsələdə yumruğu bir nöqtəyə vurmalı, gücümüzü bir hədəfə yönəltməliyik. Hamımız bir olub mədəniyyətimizi, insanpərvərliyimizi nümayiş etdirməliyik. Azərbaycana gələn bütün qonaqlar məmnun getməlidir ki, üzümüz ağ olsun. Əslində, sevindirici haldır ki, Azərbaycana bu qədər qonaq gəlir. Qonaqpərvər bir millət olaraq biz buna yalnız sevinməliyik. Çünki bundan sonra onların hər birində bizimlə bağlı təəssürat olacaq. Çalışmalıyıq ki, onlar öz ölkələrinə məhz xoş xatirə aparsınlar”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm