Uzun saçına və saqqalına görə danlanan müğənni
Bizi izləyin

Magazin1

Uzun saçına və saqqalına görə danlanan müğənni

“Şaqan” qrupunun rəhbəri müğənni və gitara ifaçısı İntizar uzun saç və saqqalının vaxtilə ona yaratdığı problemlərdən danışıb.

Publika.az-ın məlumatına görə, müğənni əvvəllər uzun saç və saqqal saxladığına görə efirlərə həsrət qalıbmış: “Hamı mənə deyirdi ki, bu nə saçdır e, uzatmısan, bu nə saqqaldır saxlamısan? Hətta məni belə efirə çıxmağa qoymurdular. Axırda bezib saçımı və saqqalımı qırxdım. Amma baxıb gördüm ki, heç kim məni yeni imicdə bəyənmir. Açıq şəkildə üzümə də deyənlər olurdu ki, əvvəlki görkəmin daha yaxşı idi. İndi belə görkəm sənə yaraşmır. Buna görə də axıra qədər saç-saqqal saxlayacağam”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm