İzzətdən təzə xəbər
Bizi izləyin

Magazin1

İzzətdən təzə xəbər

2015-ci il əməkdar artist İzzət Bağırzadənin yaradıcılıq həyatında düşərli olub. İlin başlanğıcında yeni albomunu və yeni klipini üzə çıxaran müğənni indi də bölgələrdə turneyə hazırlaşır.

Bu barədə Publika.az-a müğənni özü məlumat verib: “İşlərim həddən artıq çoxdur, rayonlara turneyə hazırlaşıram. İnşallah, bu turne dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunub. Belə ki, Lənkəran, Quba, Naxçıvan, Şamaxı-bir sözlə, əksər bölgələrimizdə solo konsert proqramı ilə çıxışlarım nəzərdə tutulub. Yekun konsertim sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günündə-Bakıda baş tutacaq”.

Sənətçi onu da bildirib ki, konsert öncəsi dahi bəstəkarın şərəfinə yeni albom da buraxdıracaq. Aıbom Üzeyir Hacıbəylinin musiqilərindən ibarət olacaq. Hazırda bəstəkarın musiqilərini aranjeman etdirən İzzət ilin sonuna qədər hələ daha bir neçə yaradıcılıq layihəsini gerçəkləşdirəcəyini deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm