Xalq şairi: “Həkimlər icazə verdi, işə çıxdım”
Bizi izləyin

Magazin1

Xalq şairi: “Həkimlər icazə verdi, işə çıxdım”

Bir müddət öncə səhhətində problemlər yaşayan xalq şairi Nəriman Həsənzadə indi özünü yaxşı hiss edir.

Bu barədə Publika.az-a şair özü məlumat verib: ”Hazırda özümü yaxşı hiss edirəm. Artıq iş fəaliyyətim də bərpa olunub. Çoxdan idi ki, evdən bayıra çıxa bilmirdim, çox darıxırdım. İndi işə gedirəm, dostlarla görüşürəm, eynim açılır. Ayaqlarımdakı problemə gəlincə, həkimlər deyir ki, sümüyün bərkiməsi üçün zaman lazımdır”.

Qeyd edək ki, xalq şairinin bir müddət öncə ayağında problem yaranmışdı. Həkim nəzarəti altında müalicə olunan Nəriman Həsənzadə evdən bayıra çıxa bilmirdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm