Mina: “İlk dəfə idi, qorxurdum...” - VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

Mina: “İlk dəfə idi, qorxurdum...” - VİDEO/FOTOLAR

Gənc müğənni Mina “Son məktub” filminin dünya premyerası çərçivəsində Avstraliyada olub. Filmin təqdimatından və qarşılanmasından məmnun qalan aktrisa fikirlərini Publika.az ilə bölüşüb.

“Çox şadam ki, rol aldığım film bu qədər uğur qazanır. Əlbəttə, bu, təkcə mənim yox, bütün yaradıcı heyətin uğurudur. Çalışacağam ki, bundan sonra da aktrisa kimi daha yüksək zirvələri fəth edim”.

Publika.az-a açıqlama verən Mina Avstraliya səfəri zamanı Kenquru zooparkını da gəzib.

“Çox maraqlı idi. İlk dəfə idi real həyatda saysız-hesabsız kenquruları bir yerdə və lap yaxınlığımda görürdüm. Yalan nə deyim, həm qorxurdum, həm də qorxmurdum. İlk dəfə idi axı... Bilmirdim nə olacaq. Avstraliya mənə nağıllar aləmi kimi gəldi”.

Publika.az müğənninin Avstraliya səfərindən fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm