Elxan Cəfərovun “Yarımçıq xatirələr”i - FOTOLAR
Bizi izləyin

Magazin1

Elxan Cəfərovun “Yarımçıq xatirələr”i - FOTOLAR

Mayın 9-da Nizami Kino Mərkəzində rejissor Elxan Cəfərovun C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş “Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçiriləcək.

Rejissorun Publika.az-a verdiyi məlumata görə, filmin əsas çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb.

Film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub: “Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Böyük vətən müharibəsi qəhrəmanı yaşının ahıl çağında doğma Qarabağın müdafiəsinə qalxır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir...”

Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranskiy, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoliy Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm