Roza Zərgərli hücuma məruz qaldı
Bizi izləyin

Magazin1

Roza Zərgərli hücuma məruz qaldı

Müğənni Roza Zərgərli sosial şəbəkədə hakerlərin hücumuna məruz qalıb.

Publika.az-a açıqlama verən ifaçı bildirib ki, onun rəsmi “Facebook” səhifəsini ələ keçiriblər: “Hakerlər mənim adıma olan Roza Zərgərli adlı fan səhifəmin şifrəsini sındıraraq, orada mənə xas olmayan paylaşımlar ediblər. Artıq bu əməli edən adamı tapmışam. Bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişəm. Bu işi görən şəxs, öz cəzasını alacaq”.

Xatırladaq ki, bir müddət öncə də müğənninin “facebook”dakı fan səhifəsi haker hücumuna məruz qalıb. Lakin müğənni bir gün sonra səhifəni əldə etməyi bacarıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm