L-Mirdən yeni klip: “Gic-gicə” - VİDEO
Bizi izləyin

Magazin1

L-Mirdən yeni klip: “Gic-gicə” - VİDEO

“Dəyirman” qrupunun keçmiş solisti L-Mir Məhərrəmov yeni işləri ilə dinləyicilərini sevindirməyə davam edir.

Publika.az xəbər verir ki, rep ifaçısı Youtube kanalında yeni “Gic-gicə” adlı klipini təqdim edib.

Mahnının sözləri rep ifaçısının özünə, musiqisi Triumph Music-ə (SoundBro) aiddir. “Gic-gicə” adlı mahnının ekran işi rejissor Emin Quliyevə aiddir.

İfaçının menecerinin sözlərinə görə, L-Mir Məhərrəmov hazırda albom üzərində çalışır. O, Publika.az-a açıqlamasında bildirib ki, sentyabr ayına planlaşdırılan albomun demək olar ki, 80-85 faizi hazırdır. Sözlər yazılıb, musiqilər bəstələnib. Albomda çox fərqli musiqiçilər çalışıb. Rusiyanın çox məşhur “Kasta” qrupunun beatmakerlərindən (musiqidə xüsusi ritmlər yaradan) olan Triumph Music(Soundbro) bu albom üçün üç bəstəsini verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm