Magazin1
Azislə Ayandan möhtəşəm Bakı şousu
Səsi, geyimi və fərqli tərzi ilə Bolqarıstana sığmayan və qısa zamanda dünyaya səs salan məşhur ulduz Azis Bakıya gəlir. Milyonlarla heyranı olan popstarın konserti iyulun 25-nə paytaxt restoranlarının birində nəzərdə tutulub. Azis səhnəni estrada sənətində öz dəsti-xətti ilə seçilən məşhur müğənni Ayan Babakişiyeva ilə bölüşəcək.
Bu barədə Publika.az-a Ayan özü məlumat verib.
Konsertin təşkilatçısı Samir Xəttab bolqar popçu ilə Ayanın səhnə performansının uğurlu alınacağı qənaətindədir. Təşkilatçının təklifindən məmnun qalan Ayanın çıxışı dünya ulduzundan geri qalmayacaq.
Hazırlıqları başlayan konsertdə xanım sənətçinin yeni mahnıları qədər, yenilənən stili də diqqət çəkəcək. Təfərrüatını açmayan A.Babakişiyeva həmin günün bayrama çevriləcəyinə söz verib.
“İmici ilə fərqlilik yaradan Azis bu konsertdə təəccübləndirə biləcək yeganə ifaçı olmayacaq. Möhtəşəm şou, qeyri-adi geyimlərim və səhnə görüntüləri hazırlanır. Stilim artıq müəyyən olunub. Amma bunu indi açıqlamıram, konsert günü üzərimdə göstərəcəm. Azis səsini dinləyib, bəyəndiyim ifaçıdı. Onunla səhnəni məmnuniyyətlə paylaşıb, əsl şou yaradacağımıza əminəm”.
Cəvahir
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər