Tanınmış aparıcı: “Mənəm-mənəm deyən küsülü müğənniləri barışdıracam”– FOTOLAR
Bizi izləyin

Magazin1

Tanınmış aparıcı: “Mənəm-mənəm deyən küsülü müğənniləri barışdıracam”– FOTOLAR

Tanınmış jurnalist və aparıcı Tahirə Məmmədqızı Space Televiziyasında yayımlanacaq yeni verilişinin tamaşaçıları çaş-baş salacağını deyib.

Publika.az-a danışan aparıcı verilişin reytinqləri qıracığını bildirib:

"Telekanalın rəhbəri Vaqif Mustafayevin ideya rəhbəri olduğu “Gör kim gəldi” adlı verilişin rejissoru uzun illər teleməkanda fəaliyyət göstərən rejissor dostum Xamis Xanlaroğludur. Proqram gözlənilməz və tamaşaçını çaş-baş salan məqamlarla dolu olacaq. Hətta bir-birinə düşmən olan müğənniləri öz evlərində görüşdürəcəyəm. Mənəm-mənəm deyən küsülü müğənniləri barışdıracağam. Bu veriliş reytinqləri dağıdacaq”.

Veriliş həftənin bazar günləri yayımlanacaq.

Proqramın informasiya dəstəksiçi Publika.az saytıdır.

Cəvahir

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm