Gülyaz Məmmədova Teymuru seçdi
Bizi izləyin

Magazin1

Gülyaz Məmmədova Teymuru seçdi

Xalq artisti Gülyaz Məmmədovanın başı qarışıqdır. Sənətçi klip çəkilişlərinə hazırlaşır.

Bu barədə Publika.az-a danışan xalq artisti klipin xarici ölkələrin birində çəkiləcəyini bildirib: “Həmişə tanınmış həmkarlarımla duetlər oxumuşam. Bu dəfə isə öz tələbəmi seçdim. Teymur mənim ən istedadlı tələbələrimdəndir, buna görə də onunla bir duet oxumağı qərarlaşdırdım. Səs tembrlərimiz çox uyğun gəlir, həm də onun ifa mədəniyyətini çox bəyənirəm. Artıq duet yazılıb, qalıb ekran versiyasını təqdim etmək. Teymurun arzusu ilə klip xarici ölkələrin birində ekranlaşacaq”.

Qeyd edək ki, “Səni axtarıram” adlı mahnının musiqisi Tural Bakuviyə məxsusdur.

Hər zaman gənclərə dəstək olduğunu deyən Gülyaz Məmmədova istedadlı tələbələrinə dəstəyini davam etdirəcəyini bildirib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm