Xalq artisti: “Boş qab həmişə səs çıxarar”
Bizi izləyin

Magazin1

Xalq artisti: “Boş qab həmişə səs çıxarar”

Yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar arasında mübarizə getdiyini iddia edənlər, yaşlı sənətkarların cavanlara öz istedadını təsdiq etməyə imkan vermədiyinə inanır.

Publika.az-a danışan, xalq artisti, Akademik Milli Dram Teatrın aktyoru Nurəddin Mehdixanlı isə bu fikirlə razılaşmır. O, bu qənaətin yanlış olduğunu və gənc aktyorlara hər zaman yaşıl işıq yandırıldığını bildirib:

“Bəzən deyirlər ki, guya teatrda yaşlı nəsillə gənc aktyorlar arasında savaş gedir, yalan söhbətdir. Bu gün teatrda gənc aktyora qarşı heç bir maneə yoxdur. Teatrda oynanılan tamaşaların əksəriyyətində gənc aktyorlar baş rollarda iştirak edir. Sadəcə olaraq, istedadsız aktyorlar var ki, orda-burda belə xoşagəlməz fikirlər səsləndirirlər. Boş qab həmişə səs çıxarar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm