Aktrisa üç müğənnini oyundan kənarlaşdırdı
Bizi izləyin

Magazin1

Aktrisa üç müğənnini oyundan kənarlaşdırdı

“Maşın şou” başlar-başlamaz qalmaqallı çıxışlarla böyük səs-küyə səbəb olub. Publika.az xəbər verir ki, teleməkanın ən maraqlı şoularından sayılan verilişi ötən gün 3 iştirakçı tərk edib. Eyni gündə şoudan uzaqlaşan məşhurlardan ikisi acıq edərək maşın iddiasından əl çəkib.

Belə ki, müğənni Kərim Abbasov aktrisa Mehriban Xanlarova ilə sözü çəpləşdiyi üçün əsəbiləşib: “Mehriban xanım, mən sizinlə normal danışıram. Siz mənimlə çox əsəbi formada danışırsınız. Nəyə lazımdır bu? Mən getsəm, siz rahatlaşacaqsınız? Mən gedirəm”.

Əsəbi çıxışından sonra əlini maşından götürən müğənni şounu tərk edib.

Daha sonra Mehriban Xanlarova Aygün Kazımova ilə qarşı-qarşıya gəlib:

“Aygün xanım mənə gülür. Onun gülüşü saxtadır. Səs toplasam, Aygün Kazımovanı çıxardacağam. Mən sizdən də artıq sözümü demiş sənətkaram”.

A.Kazımova aktrisaya heç bir reaksiya verməyib. Mehriban Xanlarova isə sözünə əməl edib. O, səs toplayaraq Kazımovanı oyundan kənarlaşdırıb.

Amma Aygün Kazımova əlini maşından götürməmiş müğənni Rəhim Rəhimli oyunu tərk edib.

Publika.az-a açıqlama verən Rəhimli əməlini belə izah edib:

“Ayrı cür hərəkət edə bilməzdim. Aygün Kazımova xalq artistidir. Xalq artistinə qarşı belə hərəkət etmək olmaz!”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm