Azərbaycanlı rejissordan şad xəbər – FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı rejissordan şad xəbər – FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Axınla aşağı” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb.

Bu barədə Publika.az-a filmin rejissoru Asif Rüstəmov bildirib.

Onun sözlərinə görə, Amerika kinoakademiyasının dəstəyi ilə keçirilən, Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edən festivalın proqramlarında bu il ümumilikdə 23 ölkəni təmsil edən filmlər yer alıb.


Filmin nümayişində və mükafatların təqdim olunma mərasimində Asif Rüstəmov özü iştirak edib.


Qeyd edək ki, dünya premyerası Karlovı Varı Beynəlxalq Film Festivalı çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşən “Axınla aşağı” filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.


Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm