Gənc müğənni Xumar Qədimovanın mahnısını oxudu - VİDEO
Bizi izləyin

Magazin1

Gənc müğənni Xumar Qədimovanın mahnısını oxudu - VİDEO

Gənc müğənni Samin Dəniz Xumar Qədimovanın ötən il ifa etdiyi “Ruhunla yaşayıram” adlı mahnını ifa edib.

Publika.az-a açıqlama verən Samin bildirib ki, mahnını Xumar xanımın icazəsi və xeyir duası ilə oxuyub.

“Mahnını Xumar xanımın ifasında eşidib vurulmuşam. O, xanımın bəstələdiyi əsərləri ifa etmək hər adamın hünəri deyil. Ona bu dəstəyinə görə təşəkkür edirəm. Düşünürəm ki, bu, Xumar xanımın gənclərə dəstəyinin bariz nümunəsidir. Mənim səsimi və ifamı bəyənir. Məndən bir xahişi oldu ki, mahnını özüm kimi oxuyum və təkrarlamayım. Mahnının necə alınmasını ifaçılar deyə bilər”.

Qeyd edək ki, mahnının musiqi Xumar Qədimovaya, sözləri isə Fəxrəddin Ziyaya məxsusdur.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm