İngiltərədə Əzizə Cəfərzadənin kitabı nəşr olundu
Bizi izləyin

Magazin1

İngiltərədə Əzizə Cəfərzadənin kitabı nəşr olundu

Böyük Britaniyada Azərbaycanın görkəmli yazıçısı, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin “Anamın nağılları” kitabı nəşr olunub. Bu, müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabıdır.

Publika.az
-ın məlumatına görə, nəfis tərtibatla çap olunan kitabı ingilis dilinə Sevinc Məhərrəmova, Gülnar Aydəmirova və Vəfa İbrahimova tərcümə ediblər.

Əsərin ingiliscə mətni Betti Blair (ABŞ) və Michael Brannok (İngiltərə) tərəfindən redaktə olunub. Kitaba Bakı Dövlət Universitetinin professorları Vaqif Sultanlı və Sevinc Məhərrəmova ön söz yazıblar.

“Anamın nağılları” silsilə yazıları Əzizə Cəfərzadənin bədii yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər müəllifin anasının vaxtilə söylədiyi, yazıya köçürülməmiş, birbaşa hafizədən qələmə alınan, kökləri ilə xalq yaradıcılığına bağlı nağıl və əfsanələrdən ibarətdir.

Müəllif əsərdə nağıl üslubunu saxlayıb, yazdıqlarını özünəməxsus tərzdə təqdim edib.

İlk dəfə 1982-ci ildə Bakıda nəşr olunan “Anamın masalları” kitabı Türkiyədə də işıq üzü görüb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm