"Xəstə"yəm deyən müğənnidən yeni FOTOSESSİYA
Bizi izləyin

Magazin1

"Xəstə"yəm deyən müğənnidən yeni FOTOSESSİYA

Gənc müğənni Sevinc Ağaşirinova yaya tam gücü ilə hazırlaşır. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, yay onun üçün enerji deməkdir və yayda özünü gənc hiss edir: ”Bu səbəbdən bu fəsildə fərqli fotosessiya etdirmişəm. Yeni fotolarda bir qədər fərqliyəm. Linzalardan istifadə etmişəm. İstədim tamaşaçı məni belə də görsün. Formada qalmağım üçün isə daim idman edirəm. Bu, həm də sağlamlıqdır”.

Söhbət əsnasında məlum oldu ki, ifaçı repertuarıma yeni mahnılar daxil edib və klip çəkdirməyə hazırlaşıb.

“Tezliklə yeni mahnım işıq üzü görəcək. Mahnı “Xəstə” adlanır. Söz və musiqisi Elvin Muxtara aiddir. Bu layihəm Türkiyədə baş tutacaq. Hazırda mahnının aranjeman işləri gedir”.

İsa Şükürov

Foto: Xəzər Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm