“Xortdanın cəhənnəm məktubları” üçün Bakıya gəldi
Bizi izləyin

Magazin1

“Xortdanın cəhənnəm məktubları” üçün Bakıya gəldi

Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında eyniadlı tamaşaya quruluş vermək üçün Bakıya gəlib.

Publika.az xəbər verir ki, tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Azərbaycan teatr məkanında ilk dəfə müraciət olunan səhnə əsərində rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı və başqaları ifa edəcəklər.

Tamaşa iyun ayının 9-10-da oynanılacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm