İlqar Muradov casusluq dönəmini başa vurdu
Bizi izləyin

Magazin1

İlqar Muradov casusluq dönəmini başa vurdu

Müğənni İlqar Muradov uzun müddətdir ki, efir məkanında görünmür. Fərqli ifa tərzi ilə həmkarlarından seçilən, həzin səsi ilə bir çoxunun könlünü oxşayan ifaçı yoxluğunun səbəbini Publika.az-a açıqlayıb.

“2-3 aydır filmdə çəkilirəm. Bu səbəbdən verilişlərdən gələn dəvətləri qəbul edə bilmirəm. Başım çox qarışıq idi. Mən “Dronqo” filmində baş rolu oynayırdım. Artıq bir həftədir ki, filmin çəkilişləri yekunlaşıb. Çəkiliş bitsə də, bizim iş tam olaraq bitməyib. Qarşıda hələ dublyaj və montaj işləri var. İnşallah, sentyabr ayında film nümayişə çıxmalıdır”.

Qeyd edək ki, “Dronqo” filmi yazıçı Çingiz Abdullayevin eyni adlı əsəri əsasında lentə alınıb.

Muradov yaxın günlərdə yenidən televiziya verilişlərində iştirak edəcəyini də bildirib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm