Elçin Hüseynov özünü "vurdu"
Bizi izləyin

Magazin1

Elçin Hüseynov özünü "vurdu"

ANS-in efirində yayımlanan ən reytinqli "Maşın" realiti-şousunda daha bir müğənni üçün "maşın əldən getdi" deyildi.

ANS PRESS-in məlumatına görə, hədəf seçilən müğənni Elçin Hüseynov oyunda maraqlı açıqlamalar verdi. O tamaşaçılardan getməsi üçün səs istəyib. Lakin Elçin Hüseynov 62,76 faiz səs toplayaraq oyunda qalıb. Oyundan hansı iştirakçını kənarlaşdıracağına gəlincə, Elçin Hüseynov bildirib ki, özü gedəcək.

"Mənə səs verdikləri üçün tamaşaçılara böyük minnətdarlıq bildirirəm. Lakin oyundan özüm gedirəm", - deyə müğənni bildirib.

Elçin Hüseynov son ana qədər oyundan kimi kənarlaşdıracağını açıqlamamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm