Nadir Qafarzadə: “Oğlum evlənir” – VİDEO
Bizi izləyin

Magazin1

Nadir Qafarzadə: “Oğlum evlənir” – VİDEO

Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi bəstəkar-ifaçı Samir Vidaya məxsus “Oğlum evlənir” adlı bəstəni oxuyub:

“Bəstəyə ilk dəfə qulaq asan kimi bəyəndim. Mahnını oxuyan zaman isə qəribə hisslər keçirdim. Elə bildim ki, sanki oğlumun toyunda oxuyuram. Hər bir valideynin arzusudur ki, övlad toyu görsün. Allah hamının balasını saxlasın. Bildiyiniz kimi, mənim də iki oğlum var. İstəyirəm ki, Allah ömür versin ki, iki oğlumun toyunu görüm. Valideyn kimi öz üzərimə düşən nə varsa onlar üçün etmişəm. Bundan sonra da etməyə hazıram. Hazırda böyük oğlum xarici ölkədə təhsil alır, bir neçə il sonra isə ailə qurmaq barədə düşünəcək. Mən də istəyirəm ki, oğlum evlənsin, nəvəm olsun. Düşünürəm ki, bunlar çox gözəl hisslərdir”.


Qeyd edək ki, bu, N.Qafarzadənin Samir Vida ilə ilk işbirliyi deyil. Belə ki, N.Qafarzadə müğənni Ayan Babakişiyeva ilə birlikdə Samirin bəstəsi olan “Sənin üçün” mahnısını ifa edib. Həmin bəstə isə 2014-cü ildə azərbaycanlı müğənnilər arasında sosial şəbəkədə ən çox baxış sayı yığan duet olub.


N.Qafarzadənin ifasında “Oğlum evlənir” adlı bəstəni təqdim edirik.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm