Məşhur dünya ulduzu azərbaycanlı müğənninin mahnısını oxudu - VİDEO
Bizi izləyin

Magazin1

Məşhur dünya ulduzu azərbaycanlı müğənninin mahnısını oxudu - VİDEO

Dünyaca məşhur “Te ka lali shpirt” hit mahnısının ifaçılarından biri, tanınmış Balkan ulduzu Mandi Niştulla gənc azərbaycanlı müğənni Elvin Babazadənin “Əzizim ana” mahnısını alban dilində oxuyub.

Publika.az xəbər verir bu barədə məlumat Albaniyada yaşayan həmyerilərimizdən daxil olub. Belə ki, vətənində Tallava janrında olan mahnıları, dünyada isə Silva Qunbardi və repçi Dafi ilə ifa etdiyi “Te ka lali shpirt” mahnısı ilə populyarlaşan Mandi adlı ifaçı Elvin Babazadənin bir neçə il əvvəl ivrit və Azərbaycan dillərində oxuduğu “Əzizim ana” (“Ima yekara”) mahnısını özünəməxsus formada ifa edərək sosial şəbəkələrdə paylaşıb. Mandi bu mahnını yaxın zamanlarda peşəkar formada yazdıraraq dinləyicilərə təqdim etmək fikrindədir.

Qeyd edək ki, “Əzizim ana” mahnısının ilk ifaçısı israilli yəhudi müğənnisi Dudu Aharon olsa da, Elvin Babazadənin ifasında daha uğurlu alınıb və sözügedən mahnıya klip çəkilib. Mahnı bir neçə dəfə dünyanın müxtəlif yerlərində oxunub.

Elvin Babazadə daha çox hit mahnıların ifaçı və müəllifi kimi tanınır. O, eyni zamanda, 2012 və 2013 “Eurovision” milli seçim turlarının iştirakçısı, 2005-ci ildə UNESCO tərəfindən istedadlı uşaqlar üçün keçirilən müsabiqədə fəxri diplomun sahibi və eyni ildə Türkiyədə keçirilən “Novruz” festivalının mükafatçısıdır. Elvin Babazadə İsrail və Dağıstanda konsert proqramlarında çıxış edib. 2013, 2014, 2015-ci illərdə o, Dağıstanın “İlin ən yaxşı müğənnisi” və digər mükafatlara layiq görülüb.

Mandi Niştulla və Elvin Babazadənin ifalarını təqdim edirik:

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm