Məşhur türk müğənni Bakıda konsert verəcək
Bizi izləyin

Magazin1

Məşhur türk müğənni Bakıda konsert verəcək

Türkiyənin məşhur opera ifaçısı Oya Ergün Azərbaycanda növbəti dəfə konsert verməyə hazırlaşır.

Publika.az-a danışan müğənni bildirib ki, budəfəki konsert Alman-Azərbaycan Mədəniyyət Mərkəzi - Kopellhausda baş tutacaq.

“Barok Müzikte Aşk” adı altında keçiriləcək konsertdə pianoçu Nərgiz Əliyeva da iştirak edəcək.

Mayın 22-də, saat 20:00-də gerçəkləşəcək konsertə giriş dəvətnamə ilə olacaq.

Qeyd edək ki, Azərbaycanda və bir çox xarici ölkələrdə konsertlər verən Oya Ergün sonuncu dəfə Bakıda təşkil etdiyi musiqili gecə aprelin 5-də Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm