"Eurovision 2015" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub - FOTOLAR
Bizi izləyin

Magazin1

"Eurovision 2015" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub - FOTOLAR

Avstriyanın paytaxtı Vyanada “Eurovision 2015” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub. Müsabiqəni “Eurovision 2014”ün qalibi Konçita Vurst açıb. "Wiener Stadthalle" arenasında baş tutan müsabiqədə 16 ölkənin təmsilçisi iştirak edib.

Publika.az www.eurovision.tv saytına istinadən xəbər verir ki, Rusiya, Serbiya, Belorus, Albaniya, Rumıniya, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

İkinci yarımfinal mayın 21-də baş tutacaq. Elnur Hüseynov bu mərhələdə “Hour of the Wolf” mahnısı ilə 11-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları şirkəti Bakı şəhəri Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğın hadisəsi ilə əlaqədar Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək "Eurovision" mahnı yarışmasının 1-ci yarımfinalını yayımlamamaq barədə qərar vermişdi.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm