Fəxriyyə Xələfova dəb tədbirlərindən danışdı
Bizi izləyin

Magazin1

Fəxriyyə Xələfova dəb tədbirlərindən danışdı

Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Azərbaycanda dəbin inkişafından danışıb.

Publika.az-a açıqlama verən modelyer Azərbaycanda keçirilən dəb həftələrini bu sahənin inkişafına təkan verən mütərəqqi addım kimi dəyərləndirib.

“May ayı ərzində Azərbaycanda dəb həftələri keçirildi. Onlardan birində mən də iştirak etdim. Mayın 12-də kolleksiyam ilə “Azerbaijan Fashion Week”də öz kolleksiyamı təqdim etdim. Hesab edirəm ki, təşkilatçının yaratdığı şərait, tərtib etdiyi düzən beynəlxalq moda həftəsinin şərtlərinə tam uyğun idi”.

Fəxriyyə xanım Azərbaycanda model biznesinin belə məhz belə tədbirlər sayəsində inkişaf edəcəyinə inanır:

“2015-ci ildə paralel olaraq 2 dəbdəbəli moda tədbiri reallaşdı. Onlardan biri Lubov Qutrovanın təşkil etdiyi “Baku Fashion Night”, ikinci isə “Azerbaijan Fashion Week”dir. Burada çoxsaylı modellər fəaliyyət göstərir. Onlarla yanaşı stilistlər, vizajistlər də işlərini bu layihələr çərçivəsində daha da peşəkarlaşdırırlar. Mən də 35 geyimdən ibarət kolleksiyamı nümayiş etdirdim. Modellər və stilistlərdən razı qaldım. Çünki hər kəs lazımi təcrübəni artıq qazanıb. Hətta dəb həftələri çərçivəsində xaricdən gələn bir sıra xarici dizaynerlər də var idi. Onlardan ikisi Fransadan, qalanları Rusiya, Gürcüstan, Latviya və digər ölkələrdən gəlmişdi”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm