"Əgər Kərim özünə bir qram da olsun hörmət edirdisə..."
Bizi izləyin

Magazin1

"Əgər Kərim özünə bir qram da olsun hörmət edirdisə..."

“Maşın şou” ətrafında qalmaqallar bitmir ki, bitmir... Vəziyyət o yerə çatıb ki, qalmaqala maşın ətrafında olmayanlar da qatılıb. Belə ki, əməkdar artist Mehriban Xanlarovanın şoudan getməsi çoxunun ürəyindən tikan çıxarıb. Hətta müğənni Kərim Abbasov bir az da irəli gedərək aktrisanın ünvanına sosial şəbəkədə xoşagəlməz sözlər yazıb:

“Əslində, bir dağlı olaraq xəcalət çəkirəm sizdən, Mehriban xanım… Sizin kimi həyasız insanın ucbatından bütün dağlı xanımların adı ləkələnir. Dağlı xanım, ümumiyyətlə, azərbaycanlı xanım qeyrətli və namuslu olur. Amma sizi görəndən sonra çoxlarının beynində dağlılar barədə fərqli düşüncə formalaşır. Azərbaycan incəsənətində dağlıların əvəzolunmaz yeri var. Bəsdir biz dağlıların adına xələl gətirdiniz. Ən azından daşıdığınız Xanlarova soyadından utanın”.

Maraqlıdır ki, Kərim yazdığı bu statusu sonradan silib. Mehriban Xanlarova yerlisinə cavab verməsə də, aktrisanın ən yaxın dostu prodüser Sultan susmayıb. Publika.az-a açıqlamasında o, Kərimə cavab vermək üçün Xanlarovadan icazə aldığını da bildirib:

“Mehriban xanım Azərbaycan Respublikasının əməkdar artistidir. Hər kəsə də bəllidir ki, bu ada layiq görülənə qədər onlar nə qədər əziyyət çəkirlər. Xalq isə belə insanları sevir və hörmət edir. Kərim isə, əfsuslar olsun ki, sənəti ilə gündəmdə deyil. Maqazin verilişlərində idman etməklə, bədənini göstərməklə, qalmaqal etməklə gündəmə gəlir. Keçmişinə baxdıqda isə aydın görünür ki, Kərim sənətə qalmaqal ilə gəlib. Hamının bildiyi kimi Kərim Nisə Qasımovanın disk daşıyanı olub. Sonradan Nisə xanımla qalmaqal edərək gündəmə gəldi. Ardınca Təranə Səmədova ilə ailə qurub boşandı və gündəmə gəldi. Təranə xanım ANS-də canlı yayıma çıxaraq onu biabır etdi. Əgər Kərim insan kimi özünə bir qram da olsun hörmət edirdisə, vaxtında Təranənin cavabını verərdi. Kərimə reklam lazımdır. O, mahnı oxumaq, klip çəkdirməklə məşğul deyil. Kərimin sənəti qalmaqaldır. Mehriban xanım böyük bir nəslin davamçısıdır. Onu təhqir etmək böyük bir tərbiyəsizlikdir. Kərim açsın “YouTube”da ona olunan hörmətsizliklərə baxsın, sonradan Mehriban Xanlarovaya ilişsin. Mən Mehriban xanımın ailəvi dostu olaraq demək istəyirəm ki, Kərim, get özünə gün ağla, bala! Onsuz da nə sənətdə varsan, nə də şou biznesdə. Sən heç həyatda da yoxsan. Sənətkarı təhqir etmək böyük şərəfsizlikdir. Sənin qanında əsl dağlı qanı axsaydı, sən “Maşın şou”da Mehriban xanımı dəstəkləyərdin”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm