Müşfiq: “Sən lap qatıqladın” - FOTOLAR
Bizi izləyin

Magazin1

Müşfiq: “Sən lap qatıqladın” - FOTOLAR

“Əsl şou” verilişi gün-gündən məzəli şoularla tamaşaçıların diqqətini özünə daha çox çəkir. Verilişin bugünkü buraxılışında gözü bağlı qonaqlar bir-birinə qaşıqla qatıq yedizdirməli olublar. Qatığı yeməli olan DJ-i Murad Nəcəfova bu iş disk fırlatmaq qədər asan gəlməyib. DJ-in üstü-başı qatığa bulanıb.

Baş verənlər gülməli anlar və məzəli replikalarla da yadda qalıb. Muradı bu vəziyyətdə görən Müşfiq Şahverdiyevin “Sən lap qatıqladın” deməsi gülüşə də səbəb olub.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camalın və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

Publika.az verilişdən fotoları təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm