Xəyanətdə ittiham olunan Xatirə and-aman etdi: ”Yalandır!”
Bizi izləyin

Magazin1

Xəyanətdə ittiham olunan Xatirə and-aman etdi: ”Yalandır!”

Maşın şou”nun finalına qədər gəlib çıxan Xatirə İslamı buna görə qınayanlar olub. Bəzi sosial şəbəkə istifadəçiləri onu düzgün oyun aparmamaqda, oyunçulara xəyanətdə günahlandırıb.

Publika.az xəbər verir ki, müğənni özünün “İnstagram” bloqunda onu qınayanlara cavab verib:

“Kim dürüstdür, kim düzgün oyunçudur, kim yalandır, düzdür... Xahiş edirəm bu sözləri saxlayın özünüzə. Kimin necə insan olduğunu Allahdan başqa heç kim bilməz. Qıraqdan bədii cümlələrlə çox şey başqa cür görünə bilər.

Orda hamı eyni oynadı. Sadəcə, mövqe dəyişənlər oldu. Belə də olmalıdır. Mən çox xoşbəxtəm ki, hansı mövqedə idimsə, bu gün də o mövqedəyəm. Heç kim, heç nə məni dəyişə bilmədi. İlk gündən bir cəbhədə oldum. Bu günə kimi. Özünü bizə yaxın göstərənlər də oldu. Amma vuruldu, çünki döyüşdə xəyanət olmaz”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm