“Küçə teatrı və incəsənəti festivalı” adlı layihə həyata keçirilib
Bizi izləyin

Magazin1

“Küçə teatrı və incəsənəti festivalı” adlı layihə həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Küçə teatrı və incəsənəti festivalı” adlı layihə həyata keçirilib.

Layihənin məqsədi yaradıcı gənclərin dəstəklənməsi, onların asudə vaxtının səmərəli təşkili, küçə teatrının və incəsənətin təbliği, inkişafda olan yeni incəsənət növlərinə marağın artırılması olub. Layihə çərçivəsində aktyorluq, musiqi, rəqs və rəssamlıq istiqamətləri üzrə müsabiqə elan olunub. Müsabiqəyə 100-dən çox fərdi şəxs, 15-dək kollektiv müraciət edib. Münsiflər heyətinin qərarı ilə 35-dək iştirakçı yekun tədbirdə iştirak etmək hüququ qazanıb.

Tədbirdə pantomim, “stand up” və küçə aktyorları, portretçilər, karikaturaçılar, “face art” ustaları, təlxəklər, rəqqaslar və başqaları iştirak ediblərGənclər bacarıq və istedadlarını nümayiş etdirməklə tamaşaçılar tərəfindən maraqla qarşılanıblar.

Sonda bir qrup gəncə şəhadətnamə və təşəkkürnamə təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm