Stilist Anar: "Sadəcə, münasibətimiz yoxdur"
Bizi izləyin

Magazin1

Stilist Anar: "Sadəcə, münasibətimiz yoxdur"

Stilist Anar Ağakişiyev “Günaydın” verilişində Roza Zərgərli ilə münasibətlərindən danışıb.

“Roza ilə artıq heç bir münasibətim yoxdur. Mənim yolum sağadır, onun yolu isə sola. Mən demirəm ki, Roza olan məclisdə mən olmayacam. Belə hal ola bilər. Aramızdakı haqq-salamı kəsməsək də, işgüzar münasibətimiz də olmayacaq”.

Verilişdə qonaq olan müğənni Manaf Ağayev isə “Mən sizi barışdırsam, barışmazsan?” sualına qarşı Ağakişiyev belə cavab verib.

“Manaf bəy, sizə hörmətim var. Amma biz küsülü deyilik. Sadəcə, münasibətimiz yoxdur”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-da teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm