Magazin1
Millət vəkilindən Rəqsanənin veriliş aparmasına etiraz
ATV telekanalında müğənni Rəqsanənin aparıcılığı ilə yayımlanan “Göz önündə” verilişi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Publika.az-ın Modern-az-a istinadən verdiyi məlumata görə, məsələyə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov da etiraz edib. Deputat qeyd edib ki, müğənnilərin sosial, ictimai, mədəni-mənəvi xarakterli verilişlərə aparıcılıq etmələrini heç vaxt yaxşı qiymətləndirməyib: “Bizim müğənnilərdə həmin tip verilişləri aparmaq qabiliyyəti yoxdur. Çünki lazımi məktəb keçib gəlmirlər, ictimai-siyasi proseslərdən xəbərləri olmur, cəmiyyət həyatının problemlərindən üzdən xəbərləri olur. İntellektləri çox zəifdir. Ona görə onların sosial, ictimia xarkterli, mədəni-mənəvi veriliş aparmaları uğurlu olmur”.
N.Cəfərov bu cür addımla televiziyaların özlərinin peşəkarlığının, səviyyəsinin müəyyənləşdiyini vurğulayıb. “Qeyd edilir ki, Azərbaycan cəmiyyəti yüngül verilişlərə baxır. Azərbaycan tamaşaçısının böyük zövqü və tələbləri var. Hər hansı telekanalda müğənni-aparıcının verilişinin keyfiyyəti barədə təsəvvürlər kifayət qədərdir. Ümumiyyətlə, televiziyalarımız müstəqildir və proqram siyasətini özləri müəyyənləşdirir. Bir prinsip var ki, veriliş səviyyəli və keyfiyyətli olsun”.
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO