Kərim Mehribana: “Xalam yaşındadır, məni şantaj edir”
Bizi izləyin

Magazin1

Kərim Mehribana: “Xalam yaşındadır, məni şantaj edir”

“Bu xanımın aqressiyası axırda özünü məhv edəcək”. Publika.az xəbər verir ki, müğənni Kərim Abbasov bunu bu gün efirə gedən “Günaydın” verilişində deyib. O, aktrisa Mehriban Xanlarovanın bir gün əvvəl elə həmin verilişdə onunla bağlı söylədiklərinə cavab olaraq söyləyib. Qalmaqala səbəb olan statusuna isə belə aydınlıq gətirib:

“O, zəng edib həmin sözlərin mənim tərəfimdən yazılıb-yazılmaması ilə maraqlana bilərdi. Həmin statusu işçim paylaşıb. Mənim isə heç nədən xəbərim yoxdur. 2 aydan çoxdur ki, mənim “İnstagram” səhifəmi işçim idarə edir. Vaxtım olanda girib yazılan şərhlərə baxıram. Həmin yazını görüb tez sildim. İşçimə də zəng etdim ki, bunu niyə yazmısan? O da mənimlə şou boyu bir yerdə olduğundan Mehriban Xanlarovanın aqressiyasını görüb və özünü saxlaya bilməyib elə status paylaşıb. Mən ona bəraət qazandırmıram. Düz etməyib. Ən azından Mehriban mənim xalam yaşındadır. Böyüyümdür. Əməkdar artistdir, xanımdır. Ancaq şəxsi həyatımla bağlı deyə biləcəkləri mənə gülməli gəlir. Mehriban Xanlarova şəxsi həyatımdan heç vaxt heç nə deyə bilməz. O, həyat yoldaşım olmayıb ki, həyatımdan xəbəri olsun?! Mənim evdə xanımım var. Həyatımdan xanımım, anam, atam nə isə deyə bilər. Mən bu sözləri ona yaraşdırmadım. “Ayıb” deyilən bir şey var”.

Kərim aktrisaya müraciət edərək onu məhkəməyə verə biləcəyini də deyib.

“Sizin danışığınız şantajdır. Siz məni şantaj edirsiniz. Odur ki, sizi məhkəməyə vermək üçün mənim də əlimdə artıq fakt var. Həmin statusa görə Mehriban Xanlarova məni məhkəməyə versə, buna görə işçim gedəcək və məhkəmədə cavab verəcək. İşçim o sözlərinə görə üzr istəyib. Bildirib ki, əsəbi olub yazıb. Mən isə hədələyici sözləri Mehriban Xanlarovaya yaraşdırmadım. Utandım sizin yerinizə...”

Xatırladaq ki, Mehriban Xanlarova “Günaydın” verilişindəki çıxışında Kərimi hədələyib. Kərim işlətdiyi ifadələrə görə üzr istəməsə, onun həyatının gizli məqamını açıb-tökəcəyini bildirib.

“Kərim məndən üzr istəməsə, onun şəxsi həyatına dair bildiklərimi açıqlayacam. Məni məcbur etməsin ki, həmin açıqlamanı verim. Bir daha qeyd edirəm, bildiyimi açsam, siz gərək Azərbaycanı tərk edəsiz”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır. Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.

Qalmaqala səbəb olan statusu buradan oxuya bilərsiniz.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm