Sərgi müsabiqəsinin üç qalibi Almaniyaya pulsuz səfər edəcək
Bizi izləyin

Magazin1

Sərgi müsabiqəsinin üç qalibi Almaniyaya pulsuz səfər edəcək

Dünən “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində azərbaycanlı rəssamların əsərlərindən ibarət “Almaniya bir rəssamın gözü ilə” adlı səkkizinci sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Qız qalası rəsm qalereyası, Berlin-Bakı rəsm qalereyası və digər şirkətlərin sponsorluğu ilə təşkil olunub. İştirakçıları və qonaqları salamlayan Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək qiymətləndirib. Azərbaycan gənclərinin geniş bacarıq və istedada malik olduğunu vurğulayan diplomat diqqətə çatdırıb ki, budəfəki sərgidə 60 rəsm əsəri nümayiş olunur. Səfir bütün rəsmlərin ayrı-ayrılıqda ustalıqla işləndiyini və bu rəssamlarla qürur duyduğunu bildirib.

“Almaniya bir rəssamın gözü ilə” sərgi-müsabiqəsində ilk üç yerə layiq görülən rəsm əsərlərinin müəllifləri Almaniyaya pulsuz səfər etmək hüququ qazanıblar. Digər iştirakçılara isə hədiyyə və sertifikat təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm