“Razborka” düşdü, Aşıq Əli həmkarını verilişdən qovdu - ŞOK
Bizi izləyin

Magazin1

“Razborka” düşdü, Aşıq Əli həmkarını verilişdən qovdu - ŞOK

Aşıq Əli həmkarı Aşıq Mübarizi verilişdən qovdu.

Publika.az-ın xəbər verir ki, bir müddət öncə aralarında münaqişə yaşanan Aşıq Mübariz barışıq məqsədi ilə Aşıq Əlinin görüşünə gedib. Lakin Aşıq Əli onu qəbul etməyərək, qovub. Bu da tərəflər arasında olan qalmaqalı daha da şiddətləndirib.

Bütün bunlar Space” televiziyasının efirində “Gör, kim gəldi” verilişində baş verib.

Əldə etdiyimiz məlumata görə, tərəflər şəxsi münaqişə zəminində bir müddətdir ki, bir-biri ilə qanlı-bıçaqdır. Hətta aralarında böyük bir “razborka” da düşüb. Əli həmkarına onun adını çəkməsinə qadağa qoyub.

Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin ideya müəllifi “Space” televiziyasının prezidenti Vaqif Mustafayev, rejissoru Xamis Xanlaroğlu, operatoru Pərvizdir.

Verilişin informasiya dəstəyi Publika.az saytıdır.

Veriliş hər həftənin cümə günü axşam saat 21.30-da, təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm