Magazin1
Daha bir azərbaycanlı müğənninin toy xəbəri yayıldı – VİDEO
Sosial şəbəkələrdə tanınmış estrada müğənnisi Nuri Sərinləndiricinin evlənəcəyi ilə bağlı xəbərlər yayılıb. Gecə yayılan həmin məlumata görə, Ramazan ayından sonra sevilən ulduz hər kəsdən gizli saxladığı xanımla rəsmi nikaha daxil olacaq. Nurinin yaradıcılıq layihələrinə rəhbərlik edən Lamiyə Ələkbərqızı bununla bağlı Publika.az-a açıqlama verib:
"29 iyun tarixi Nuri Sərinləndirici komandası üçün çox əlamətdar gündür. Çünki bu gün bizim Nurinin dünyaya göz açdığı gündür. Tam səmimiyyətimlə deyirəm, onun evlənəcəyi haqda xəbərin yayılması bizdən çox heç kimi sevindirə bilməzdi. Onun anasının ən böyük arzusudur oğlunu evləndirmək. Əfsus ki, bu yanlış məlumatdır. Məncə, fanatlarından kimsə özü-özlüyündə belə xoş şayiə yayaraq sevdiyi ulduzuna subaylıqla vidalaşmağı məsləhət görüb".
Lamiyə xanım onu da əlavə edib ki, ad günü olmasına baxmayaraq, N.Sərinləndirici pərəstişkarlarına real hitə namizəd olan iki yeni mahnısını təqdim edib:
"Bir neçə saat bundan əvvəl “YouTube” kanalında Nurinin ifasında bəstəkar Aynur Adilqızının müəllifi olduğu iki yeni mahnısı dinləyicilərə təqdim olunub. "Sanmışdım" bəstəsinin sözləri Leyla Əliyevaya, "Duyğularım" əsərinin sözləri isə şairə Zeynəb Ədalətqızına aiddir. Bilirəm ki, Nurisevərlər hər iki mahnını rəğbətlə qarşılayacaqlar. Sonda doğma qardaşım qədər xətri əziz olan ulduzumu ad günü münasibətilə ürəkdən təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram".
İsa Şükürov
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT