Günel Musəvi bu gün 35 yaşını qeyd edir - FOTOLAR
Bizi izləyin

Magazin1

Günel Musəvi bu gün 35 yaşını qeyd edir - FOTOLAR

Bu gün tanınmış aparıcı və “Every azeri” bloqunun təsisçisi Günel Musəvinin doğum günüdür. Gülərüzlü, xoşsimalı xanım aparıcı bu gün 35 yaşını qeyd edir. Lakin ötən illər cazibədar aparıcıya qətiyyən təsir etmir. O, gündən-günə gözəlləşir və gəncləşir... Ən əsası isə hər zaman şən və pozitiv görünür.

Uzun müddət Amerikada yaşayan aparıcı 6 ildən sonra ilk dəfədir ki, ad gününü Bakıda qeyd edir. Publika.az xəbər verir ki, G.Musəvi bu günü ən yaxın dostları ilə yığışıb sakit şəkildə qeyd etməyə üstünlük verib. Təmtəraqlı heç nə fikirləşmir. Amma “Kimdənsə özəl təbrik gözləyirsiniz?” sualına aparıcı “Əlbəttə, gözləyirəm” cavabını verib.

Aparıcı Publika.az-a açıqlamasında bildirib ki, gecə Amerikaya qayıdacaq.

Xatırladaq ki, Günel Musəvi Azərbaycanda bir vaxtlar olduqca populyar olan "Qızıl onluq" , "100%" və "Salam" kimi verilişlərin aparıcısı olub.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm